bakı, 4 aprel, arhd.media



azərbaycan respublikasının maliyyə naziri sahil babayev avropa yenidənqurma və inkişaf bankının (ayib) davamlı infrastruktur qrupunun idarəedici direktoru harri boyd-karpenterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

bu barədə maliyyə nazirliyindən arhd.media-a verilən məlumatda bildirilir.

azərbaycanın ayib-lə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayan nazir s.babayev qeyd edib ki, ölkəmizdə bankın maliyyə dəstəyi ilə həm dövlət, həm də özəl sektorda bir sıra layihələr həyata keçirilib, iqtisadiyyatın şaxələndirilməsi, ictimai infrastrukturun inkişafı və yaşıl enerji layihələrinin tətbiqi genişlənib.

görüşdə hazırda icra olunan və icrası planlaşdırılan layihələr üzrə də fikir mübadiləsi aparılıb.

öz növbəsində h.karpenter ayib-in azərbaycan üzrə 2025-2030-cu illəri əhatə edən ölkə tərəfdaşlıq strategiyasının yeni təsdiq edildiyini qeyd edərək, strategiyanın azərbaycanın milli inkişaf məqsədləri ilə uyğun olduğunu bildirib.

azərbaycanla uzunmüddətli və səmərəli tərəfdaşlığını qeyd edən ayib rəsmisi bankın bundan sonra da azərbaycan iqtisadiyyatını dəstəkləməkdə davam etmək niyyətini, bu baxımdan ölkəmizin iqtisadi potensialının əlaqələrin genişlənməsinə əlavə imkanlar yaratdığını qeyd edib.

Baxış sayı: 8 690

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə