bakı, 4 aprel, arhd.media
socar-ın prezidenti “chimcomplex s.a.” şirkətinin idarə heyətinin sədri ilə görüşüb
socar-ın prezidenti rövşən nəcəf rumıniyanın “chimcomplex s.a.” şirkətinin idarə heyətinin sədri ştefan vuza ilə görüşüb.
socar-ın mətbuat xidmətindən arhd.media-a bildiriblər ki, görüşdə şirkətlər arasındakı mövcud əlaqələrin önəmi qeyd olunub, keçirilmiş görüşlər zamanı aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb.
söhbət zamanı şirkətlərin ümumi fəaliyyəti və planları barədə məlumat verilib, neft-kimya sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

























