bakı, 17 aprel, arhd.media
dövlət neft fondunun aktivləri 62,7 milyard dolları ötüb
cari il mart ayının 31-nə azərbaycan respublikası dövlət neft fondunun (ardnf) aktivləri 2024-cü ilin sonuna (60 031,4 milyon dollar) nisbətən 4,5 faiz artaraq 62 milyard 740,2 milyon dollar təşkil edib.
arhd.media xəbər verir ki, bu barədə ardnf-in 2025-ci ilin yanvar-mart ayları üzrə gəlir və xərclərinə dair məlumatında bildirilib.
bu ilin yanvar-mart ayları ərzində ardnf-in büdcə gəlirləri 3 milyard 249,2 milyon manat, büdcə xərcləri isə 3 milyard 643,3 milyon manat təşkil edib.
cari ilin birinci rübündə ardnf-in aktivlərində müşahidə olunan artım əsasən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər və büdcədənkənar gəlirlər hesabına formalaşıb.























