bakı, 24 aprel, arhd.media
“azərkosmos” yeni nəsil peyk sistemlərini orbitə çıxarmağa hazırlaşır.
arhd.media xəbər verir ki, bunu azərbaycan kosmik agentliyi (“azərkosmos”) idarə heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən dunay bədirxanov bakıda keçirilən kosmik texnologiyalar konfransında deyib.
“bu yeni nəsil peyk sistemləri yüksək dəqiqliklə yerin müşahidəsi, yeni nəsil telekommunikasiya xidmətləri və regional əlaqə sahəsində qabaqcıl imkanlara malik olacaq. biz, həmçinin yeni beynəlxalq missiyaların, o cümlədən türkiyədəki və digər ölkələrdəki tərəfdaşlarımızla birgə təşəbbüslərin perspektivlərini nəzərdən keçiririk”, - deyə d.bədirxanov bildirib.























