bakı, 31 yanvar,  arhd.media


bmt-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konfransının bakıdakı 29-cu sessiyasında (cop29) elan edilmiş “fermerlər üçün bakı harmoniya iqlim təşəbbüsünün nəticələri” braziliyada cop30-da təqdim ediləcək.

arhd.media xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirliyi yanında aqrar kredit və inkişaf agentliyinin sədr müavini leyla cabbarlı bmt və azərbaycan arasında dayanıqlı inkişaf üzrə əməkdaşlığa dair çərçivə sənədi (2026-2030-cu illər) üzrə “yüksək səviyyəli strateji prioritetləşdirmə” tədbirində bildirib.

“cop29-da “fermerlər üçün bakı harmoniya iqlim təşəbbüsünün işə salınması: fermerlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığının artırılması üçün imkanların genişləndirilməsi” rəsmən elan edilib. bu, çox uğurlu təşəbbüsdür. indi harmoniyanın məqsədlərinə nail olmaq üçün bütün tədbirləri həyata keçirməyə çalışırıq”, - deyə l.cabbarova qeyd edib.

Baxış sayı: 2 302

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə