bakı, 19 may, arhd.media
ümumdünya heyvan sağlamlığı təşkilatının (ühst) rəsmi məlumatına əsasən, braziliya federativ respublikasının riu-qrandi-du-sul regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
bu barədə arhd.media-a azərbaycan qida təhlükəsizliyi agentliyinin (aqta) informasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
bildirilib ki, respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması üçün riu-qrandi-du-sul regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ühst-nin “quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi”nə uyğun olaraq aqta tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.
eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün dövlət gömrük komitəsinə müraciət edilib.























