bakı, 21 may, arhd.media
dövlət dəniz və liman agentliyində (ddla) ospri təşkilatının (oil spill preparedness regional initiative – neft dağılmalarına hazırlıq üzrə beynəlxalq təşəbbüs) nümayəndələri ilə görüş keçirilib.
rəqəmsal inkişaf və nəqliyyat nazirliyindən (rinn) arhd.media-a bildirilib ki, görüşdə agentliyin dəniz ətraf mühitinin mühafizəsi şöbəsinin müdiri fərid murtuzov xəzər dənizinin azərbaycana məxsus ərazilərində baş verə biləcək neft dağılmalarına qarşı aparılan mübarizə tədbirlərindən danışıb.
qeyd edilib ki, hazırda agentlik tərəfindən “dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” 1973-cü il tarixli beynəlxalq konvensiya və “xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” çərçivə konvensiyasının neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında” protokolundan irəli gələn öhdəliklərin icrası istiqamətində bır sıra tədbirlər həyata keçirilir.
görüşdə, həmçinin ospri təşkilatının nümayəndələri agentlik tərəfindən həyata keçirilən tədbirləri müsbət qiymətləndirərək gələcəkdə ikitərəfli əməkdaşlıq imkanları barəsində fikir mübadiləsi aparıblar.
qeyd edək ki, ospri təşkilatı xəzər dənizi – qara dəniz – mərkəzi avrasiya regionunda neft dağılmalarına qarşı etibarlı, inteqrasiya olunmuş və dayanıqlı reaksiya imkanlarını təşviq etmək üçün bir qrup neft şirkəti (bp, chevron, eni, exxonmobil, kmg, ncoc, shell və totalenergies) tərəfindən yaradılıb.
























