bakı, 22 may, arhd.media
iqtisadiyyat naziri mikayıl cabbarov islam inkişaf bankı qrupunun illik toplantısında iştirak etmək məqsədilə əlcəzair xalq demokratik respublikasında səfərdədir.
nazirlikdən arhd.media-a bildirilib ki, illik toplantı çərçivəsində neft ixrac edən ölkələr təşkilatının (opec) beynəlxalq inkişaf fondunun prezidenti əbdülhəmid əlxəlifə ilə görüş keçirilib.
görüşdə opec fondu ilə azərbaycan arasında mövcud əlaqələr yüksək qiymətləndirilib və bu əməkdaşlığın daha da gücləndirilməsi üçün birgə imkanların araşdırılmasının önəmi vurğulanıb. regional və beynəlxalq iqtisadi inkişaf məqsədləri çərçivəsində tərəfdaşlığın əhəmiyyəti qeyd olunub.
tərəflər dayanıqlı inkişaf, resursların səmərəli istifadəsi və gündəlikdə olan digər məsələləri müzakirə edib, infrastruktur layihələri çərçivəsində birgə fəaliyyət imkanlarını dəyərləndiriblər.























