bakı, 3 iyun, arhd.media
bp ilə əməkdaşlığın inkişafı müzakirə edilib.
iqtisadiyyat naziri mikayıl cabbarov və socar-ın prezidenti rövşən nəcəf 30-cu bakı enerji həftəsində iştirak etmək üçün ölkəmizdə səfərdə olan bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti qordon birrellə görüşüblər.
arhd.media nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, bp-nin azərbaycanın enerji sektorundakı uzunmüddətli fəaliyyəti, həmçinin bərpaolunan enerji layihələrində iştirakı vurğulanıb. şirkətin azərbaycanda həyata keçirdiyi cari əməliyyatlar, potensial layihələr barədə məlumat verilib.
görüşdə bp-nin azərbaycanda həyata keçirdiyi birgə layihələrdə səmərəliliyin artırılması müzakirə edilib. innovativ texnologiyaların və rəqəmsal həllərin tətbiqi imkanları və bu sahədə təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb.























