bakı, 3 fevral, arhd.media
iqtisadiyyat nazirliyinin strukturunda dəyişiklik edilib.
arhd.media xəbər verir ki, prezident ilham əliyev azərbaycan iqtisadiyyat nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb. fərmana əsasən, iqtisadiyyat nazirliyinin ştat vahidləri artırılıb. qərara əsasən, nazirliyin strukturuna daxil olan qurumların ümumi işçi sayı 3 min 324 nəfərə çatdırılıb. bunun 2 min 641-i vəzifəli şəxs, 683-ü isə xidmət heyətidir.
bundan əlavə, fərmanda “4494” rəqəmlərinin “5651” ilə əvəz edilməsi, həmçinin nazirliyin ştat sayına və strukturuna dair dəyişikliklərin edilməsi nəzərdə tutulub.
bu fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.






















