bakı, 3 fevral, arhd.media
iqtisadiyyat naziri mikayıl cabbarov birləşmiş ərəb əmirliklərinin (bəə) investisiya naziri, əbu-dabi inkişaf holdinq şirkətinin idarəedici və baş icraçı direktoru məhəmməd həsən əl suveydi ilə görüşüb.
nazirlikdən arhd.media-a bildirilib ki, görüşdə qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan azərbaycan-bəə münasibətlərinin yüksələn xətlə inkişaf etdiyi, iqtisadi-ticarət tərəfdaşlığın genişləndiyi vurğulanıb. ölkələrimiz arasında ticarət, investisiya, energetika, kənd təsərrüfatı və maliyyə sahələrində işbirliyinin gücləndirilməsi potensialı böyükdür.
tərəflər birgə investisiya fondunun fəaliyyəti və prioritet sahələrə sərmayə qoyuluşu barədə müzakirələr aparıblar.






















