türkiyənin 18 vilayətinin ixrac həcmi 1 milyard dolları keçib

ankara, 19 iyun, arhd.media




türkiyənin 18 vilayətinin ixrac həcmi 1 milyard dolları keçib


bu ilin yanvar-may aylarında türkiyənin 18 vilayətindən ixracın həcmi 1 milyard dollar həddini keçib. eyni zamanda, ölkənin ümumilikdə 46 vilayətindən xaricə məhsul tədarükündə artım qeydə alınıb.

arhd.media xəbər verir ki, bu barədə türkiyə ticarət nazirliyinin 2025-ci ilin ilk 5 ayı üzrə iyunun 19-da dərc etdiyi statistik məlumatda deyilir.

ticarət nazirliyinin məlumatına görə, təkcə 2025-ci ilin may ayında xaricə 5 milyard 212 milyon abş dolları dəyərində məhsul göndərən istanbul türkiyənin vilayətləri arasında ixrac həcminə görə lider olaraq qalır.

ilk üçlüyə kocaeli (3 milyard 403 milyon dollar) və izmir (2 milyard 124 milyon dollar) vilayətləri də daxildir.

bu arada, türkiyə ixracatçılar birliyinin rəhbəri mustafa gültepe bildirib ki, iran və israil arasında gərginliyin artması ilə bağlı regiondakı eskalasiya fonunda türkiyəli ixracatçılar məhsul tədarükü üçün iran marşrutuna alternativ axtarmağa başlayıblar.

o əlavə edib ki, bu ilin ilk 5 ayında türkiyənin irana ixracının həcmi 8 faiz azalaraq 1,2 milyard dollar olub. “iran türkiyə üçün tarixi əhəmiyyətli ticarət tərəfdaşıdır, lakin ixracatçılar da riskləri minimuma endirməlidir”, - deyə gültepe bildirib.

Baxış sayı: 4 561

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə