bu il izia-nın sənaye zonalarında 10-a yaxın müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulur
bakı, 6 fevral, arhd.media
iqtisadi zonaların inkişafı agentliyi (izia) tərəfindən ötən il ərzində zonalarında 31 sahibkarlıq subyektinə rezidentlik, 1 sahibkara isə qeyri-rezidentlik statusu verilib.
arhd.media xəbər verir ki, bunu izia-nın idarə heyətinin sədri seymur adıgözəlov brifinqdə çıxışı zamanı bildirib.
o vurğulayıb ki, bunlardan 14-ü ağdam sənaye parkının, 8-i “araz vadisi iqtisadi zonası” sənaye parkının, 3-ü sumqayıt kimya sənaye parkının, 1-i pirallahı sənaye parkının, 1-i hacıqabul sənaye parkının, 2-si masallı sənaye məhəlləsinin, 2-si sabirabad sənaye məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. həmçinin “araz vadisi iqtisadi zonası” sənaye parkında 1 sahibkarlıq subyektinə qeyri-rezidentlik statusu verilib.
“göründüyü kimi, bunlardan da 23-ü işğaldan azad edilmiş ərazilərdə mövcud sənaye parklarının payına düşür. yeni qeydiyyata alınan şirkətlər tərəfindən sənaye zonalarına əlavə 224,6 milyon manat investisiyanın yatırılması, 2600-dən çox daimi iş yerinin yaradılması planlaşdırılır. qurulacaq müəssisələrdə dərman preparatları, əczaçılıq avadanlıqları, mebel, metal məmulatlar, müxtəlif tikinti materialları və s. məhsulların istehsalı təşkil olunacaq”, - deyə s.adıgözəlov qeyd edib.
bu il izia-nın idarəçiliyində olan sənaye zonalarında 10-a yaxın müəssisənin fəaliyyətə başlaması planlaşdırıldığını deyən sədr bildirib ki, bu müəssisələr innovativ inşaat materiallarının, tütün məmulatlarının, yük avtomobillərinin və s. məhsulların istehsalı ilə məşğul olacaqlar: “fəaliyyətə başlayacaq müəssisələr tərəfindən təqribən 1000-ə yaxın daimi iş yerinin yaradılması planlaşdırılır. bundan başqa, hacıqabul sənaye parkında 8 sahibkar rezident, 2 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib”, - deyə s.adıgözəlov qeyd edib.






















