“coca-cola” şirkəti azərbaycanda 5000 iş yerini dəstəkləyir

®  “coca-cola” şirkəti azərbaycanda 5000 iş yerini dəstəkləyir

“coca-cola” şirkəti bu il azərbaycanda 30 illik yubileyini qeyd etməyə hazırlaşır.

bu barədə “azerbaijan coca-cola bottlers” mmc-nin baş direktoru rəna məmmədova bildirib. o deyib ki, “coca-cola” 2025-ci ildə 30 illiyini qeyd edəcək.

belə ki, 1994-cü ildən etibarən ölkədə fəaliyyət göstərən “coca-cola” azərbaycanın qeyri-neft sektorunun ilk və ən böyük investorlarından biridir.

o deyib ki, “coca-cola” məhsullarını 200-dən çox ölkədə satan qlobal içki şirkətidir və məqsədi dünya istehlakçılarını təravətləndirmək, fərqlilik yaratmaqdır:

“coca-cola” şirkəti olaraq 30 il ərzində yalnız keyfiyyətli məhsullar istehsal etməklə kifayətlənməyib, həm də azərbaycan iqtisadiyyatına və sosial, ekoloji sahələrə töhfə verməklə işgüzar əlaqələr qurduq. azərbaycanda “coca-cola”, “fanta”, “sprite”, “bonaqua”, “cappy” və “fuse tea” kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuluq. azərbaycanın zəngin mədəniyyəti və irsindən ilham alaraq gələcəkdə də bu əlaqələri daha da möhkəmləndirmək üçün çalışmağa davam edəcəyik”, - deyə r.məmmədova əlavə edib.

hazırda 400-dən çox işçisi olan “coca-cola azərbaycan” təchizat zənciri vasitəsilə 5000-dən çox iş yerini dəstəkləyir. bununla yanaşı, şirkət tullantıların azaldılması, su ehtiyatının qorunması, qadınların və gənclərin iqtisadi imkanlarının artırılması məqsədi ilə icma layihələrinə 3 milyon dollardan çox sərmayə yatırıb.

qeyd edək ki, şirkətin inkişaf planı çərçivəsində 2025-ci ildə “coca-cola”nın azərbaycanda 2-ci istehsal müəssisəsinin açılması planlaşdırılır.

Baxış sayı: 4 309

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə