bakı, 1 avqust, arhd.media
socar istiqrazlarının 15-ci kupon ödənişi edilib
socar-ın 2021-ci ildə daxili kapital bazarları üçün buraxdığı ikinci socar istiqrazlarının 1 milyon 125 min dollarlıq növbəti kupon ödənişi avqustun 1-də istiqraz sahiblərinin hesablarına köçürülüb.
socar-dan arhd.media-a bildirilib ki, 9 ilə yaxındır bakı fond birjasında ən çox ticarət olunan korporativ istiqraz statusuna sahib socar istiqrazlarının 15-ci kupon ödənişi nəticəsində investorlarına qazandırdığı gəlir 16 milyon 875 min abş dollarına yüksəlib (tədavül müddətinin sonunda toplam gəlir $22.5 milyon təşkil edəcək).
socar-ın hazırda tədavüldə olan istiqrazları ilə bakı fond birjasında təqribən 76 milyon abş dolları məbləğində ticarət aparılıb və 1430 əqd bağlanıb. ümumilikdə, socar istiqrazları buraxılandan (2016) indiyədək socar tərəfindən vətəndaşlara və investorlara 44 milyon 875 min abş dolları məbləğində faiz ödənişi edilib.
“socar capital” şirkətindən verilən məlumatda bildirilir ki, istiqrazların növbəti kupon ödənişi 2025-ci il noyabrın 1-də baş tutacaq.
socar istiqrazlarını 1 və 5 saylı “asan xidmət” mərkəzlərindəki socar istiqrazları köşklərindən və azərbaycanda rəsmi fəaliyyət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür.
əlavə məlumat üçün *1999 çağrı nömrəsi ilə əlaqə saxlaya və ya socaristiqraz.az, socarcapital.az veb-saytlarına müraciət etmək mümkündür.
socar istiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1–5 saylı “asan xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb–saytlardan əldə edilə bilər.






















