ötən il naxçıvanda 4,3 milyon manat güzəştli kredit verilib


bakı, 7 fevral, arhd.media


ötən il naxçıvanda 4,3 milyon manat güzəştli kredit verilib


2024-cü il ərzində naxçıvan muxtar respublikasında fəaliyyət göstərən sahibkarlar 45 layihə üzrə sahibkarlığın inkişafı fondunun (sif) güzəştli kreditlərindən yararlanıblar.

sif-dən arhd.media -a bildirilib ki, sahibkarların layihələrinin maliyyələşdirilməsinə sif tərəfindən ümumilikdə 4,3 milyon manat güzəştli kredit ayrılıb.

kreditdən yararlanmış sahibkarlıq subyektləri muxtar respublika ərazisində sənaye, turizm, kənd təsərrüfatı, akvakultura, ictimai iaşə kimi iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərirlər. layihələrin icrası nəticəsində 148 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

qeyd edək ki, 2023-cü ilin fevral ayından etibarən iqtisadiyyat nazirliyinin sahibkarlığın inkişafı fondunun güzəştli kredit mexanizmi naxçıvanda fəaliyyət göstərən sahibkarlıq subyektlərini də əhatə edir.

Baxış sayı: 4 381

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə