özəl sektorda çalışan şəxslər üçün tətbiq edilən vergi güzəşti 7 ildən sonra ləğv olunsa da, dsmf ayırmalarına tutulan məbləğdə heç bir dəyişiklik gözlənilmir.
arhd.media -ın əldə etdiyi məlumata görə, bu, “azərbaycan respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
belə ki, hazırda azərbaycanda əməkhaqqı 200 manatdan 8000-ə qədər olduqda: 6 manat + 10% dsmf ayırmaları tutulur. bundan başqa, işçilər 0.5 % işsizlikdən sığorta haqqı, 2 % isə icbari tibbi sığorta haqqı ödəyir.
sosial sığorta haqqının dərəcəsində dəyişiklik edilməyəcəyi üçün gələn il də eyni dsmf ayırmaları ödəniləcək.
xatırladaq ki, gələn ildən özəl sektorda çalışan şəxslər əlavə olaraq 3% də gəlir vergisi ödəyəcək.























