dünya bazarlarında “azeri light” (cif) markalı azərbaycan nefti bahalaşıb.
arhd.media xəbər verir ki, azərbaycan neftinin 1 barelə olan qiyməti 1,66 abş dolları və ya 2,5% artaraq 67,94 abş dolları təşkil edib.
qeyd edək ki, ötən gün neftimiz 66,28 abş dollarına ticarət edilib.
xatırladaq ki, “azeri light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 abş dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 abş dolları qeydə alınıb.
azərbaycanın builki dövlət büdcəsində “azeri light” markalı azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 abş dollarından hesablanıb.























