azərbaycan təbii qazını avropaya nəql edən trans-adriatik boru kəməri (tap) yunanıstanın kipoi çıxış nöqtəsindən dekabrın 15-də 349 milyon 529 min 291 kvt/saat həcmində sifariş alınıb.


bu barədə arhd.media  tap-ın elektron platformasına istinadən xəbər verir.


bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 0,14 % azdır.


kipoi çıxış nöqtəsindən dekabrın 16-dan 22-dək 348 milyon 019 min 866 kvt/saat həcmində sifariş alınıb.


bu, dekabrın 9-dan 15-dək olan sifariş göstəriciləri ilə müqayisədə 0,43 % azdır.


yunanıstanın komotini çıxış nöqtəsindən dekabrın 15-dən 22-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kvt/saat həcmində qeydə alınıb.


yunanıstanın nea mesimvria çıxış nöqtəsindən dekabrın 15-dən 22-dək 30 milyon 346 min 301 kvt/saat həcmində sifariş alınıb. bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.


italiyanın melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün dekabrın 15-dən 22-dək 287 milyon 012 min 315 kvt/saat həcmində sifarişlər qəbul edilib. bu çıxış nöqtəsindən qazın tədarükü üçün dekabrın 8-dən 15-dək olan sifariş göstəriciləri ilə müqayisədə eyni qalıb.


xatırladaq ki, trans-adriatik boru kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. tap-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i yunanıstanın şimal hissəsindən, 215 km-i albaniya ərazisindən, 105 km-i adriatik dənizinin dibi ilə, 8 km-i isə italiya ərazisindən keçir. azərbaycan qazının tap vasitəsilə italiya, yunanıstan və bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Baxış sayı: 2 920

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə