dünya bazarlarında “azeri light” (cif) markalı azərbaycan nefti ucuzlaşıb.
arhd.media xəbər verir ki, azərbaycan neftinin 1 barelə olan qiyməti 1,05 abş dolları və ya 1,6% azalaraq 65.57 abş dollarına bərabər olub.
qeyd edək ki, azərbaycan neftinin əvvəlki qiyməti 66,62 abş dolları təşkil edib.
xatırladaq ki, “azeri light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 abş dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 abş dolları qeydə alınıb.
builki dövlət büdcəsində “azeri light”ın 1 barelinin orta qiyməti 70 abş dollarından hesablanıb.























