venesuelada iqtisadi böhranın dərinləşdiyi illərlə bağlı diqqətçəkən yeni faktlar üzə çıxıb.


arhd.media  xəbər verir ki, rəsmi qeydlərə görə, hazırda abş-də mühakimə olunan venesuela prezidenti nikolas maduronun hakimiyyətinin ilk dövründə - 2013-2016-cı illər arasında ölkənin qızıl ehtiyatlarından ümumilikdə 113 ton qızıl isveçrəyə köçürülüb.


venesuela mərkəzi bankına məxsus olan bu qızılın dəyərinin təxminən 4,14 milyard isveçrə frankı, yəni 5,2 milyard abş dolları olduğu bildirilir. qızılın ölkədən çıxarılması venesuelada iqtisadi vəziyyətin sürətlə pisləşdiyi dövrə təsadüf edib.


“reuters”inin əldə etdiyi gömrük məlumatları və isveçrənin srf yayım təşkilatının araşdırmasına əsasən, sözügedən qızıl göndərişləri maduro administrasiyasının artan maliyyə təzyiqləri fonunda ehtiyatları nağd pula çevirməyə çalışdığını göstərir. bildirilir ki, xüsusilə abş sanksiyaları və neft gəlirlərinin kəskin azalmasından sonra venesuela mərkəzi bankı ciddi valyuta çatışmazlığı ilə üzləşib.


bu çərçivədə qızılın emal edilməsi, sertifikatlaşdırılması və daha asan satışa çıxarılması məqsədilə isveçrədəki qızıl emalı zavodlarına göndərildiyi qeyd olunur.


dünyanın ən böyük qızıl emalı mərkəzlərindən biri olan isveçrə həmin illərdə venesuela qızılı üçün əsas tranzit və emal marşrutuna çevrilib. lakin bu yol 2017-ci ildə avropa birliyinin venesuelaya qarşı sanksiyalar tətbiq etməsindən sonra tamamilə bağlanıb. gömrük qeydlərinə əsasən, 2017-2025-ci illər arasında isveçrəyə venesueladan heç bir qızıl göndərişi qeydə alınmayıb.


qeyd edək ki, qızıl göndərişləri ilə bağlı məlumatlar nikolas maduronun abş tərəfindən saxlanılmasından sonra yenidən gündəmə gəlib. isveçrə federal şurası yanvarın 5-də maduroya və onun 36 yaxın adamına məxsus aktivlərin dondurulduğunu açıqlayıb. bununla belə, isveçrə rəsmiləri dondurulan aktivlərlə illər əvvəl ölkəyə gətirilən qızıl arasında birbaşa əlaqənin hələ sübuta yetirilmədiyini bildiriblər.


eyni zamanda, vurğulanıb ki, qanunsuz yolla əldə edildiyi müəyyən olunan vəsaitlərin gələcəkdə venesuela xalqına qaytarılması mümkündür.

Baxış sayı: 2 649

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə