bakı, 11 fevral, arhd.media
iitkm: azərbaycanın iqtisadi artım tempi investisiyaların cəlb edilməsinə imkanlar yaradır
iqtisadi islahatların təhlili və kommunikasiya mərkəzinin (iitkm) icraçı direktoru vüsal qasımlı dünya bankının avropa və mərkəzi asiya üzrə baş iqtisadçısı ivailo izvorski, proqram rəhbəri miquel sançez martin və aparıcı iqtisadçılar roberto jaef və stiv loris gui-dibi ilə görüşüb.
mərkəzdən arhd.media-a bildirilib ki, görüşdə v.qasımlı dövlət proqramlarının idarə edilməsi, ortamüddətli xərclər çərçivəsi və dövlət investisiya proqramının icrası ilə bağlı görülən işləri xüsusi qeyd edib. o, iitkm-də yaradılan monitorinq və qiymətləndirmə institutu, eləcə də dataəsaslı, real vaxt rejimində və süni intellekt texnologiyalarından istifadə edən rəqəmsal platformalar vasitəsilə aparılan qiymətləndirmə prosesi barədə qonaqlara ətraflı məlumat verib.
mərkəzin icraçı direktoru azərbaycanın iqtisadi artım tempinin qlobal göstəricini üstələməsini, ölkənin investisiya reytinqi almasını və mdb-də kredit reytinqinə görə ilk üçlükdə mövqelənməsini, həmçinin xalis xarici kreditor mövqeyinin üdm-in 150 faizdən, xalis dövlət aktivlərinin isə üdm-in 70 faizdən çox olmasını bildirib. v.qasımlının fikrincə, bu göstəricilər investisiyaların cəlb edilməsi və innovasiyaların inkişafı istiqamətində imkanlar yaradır. görüşdə dünya bankının avropa və mərkəzi asiya üzrə baş iqtisadçısı ivailo izvorski və digər qonaqlar yeni açıqlanan “dünya inkişafı haqqında hesabat 2024: orta gəlir tələsi” tədqiqatının istiqamətləri barədə geniş məlumat verib və tədqiqatın nəticələrinə dair fikir mübadiləsi aparıblar.
görüşdə iitkm-in icraçı direktorunun müşaviri təranə salıfova, türk dünyası araşdırmalar mərkəzinin rəhbəri vüsalə cəfərova, iqtisadi təhlil şöbəsinin müdiri günay quliyeva, monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi gültac əhmədzadə-tapdıqzadə də iştirak ediblər.





















