dünya bazarında “azeri light” markalı azərbaycan nefti bahalaşıb.
“arhd.media” xəbər verir ki, azərbaycan neftinin 1 barelinin qiyməti 3,52 abş dolları və ya 3,3 % artaraq 109,1 abş dolları təşkil edib.
qeyd edək ki, ötən gün neftimiz 105,58 abş dollarına ticarət edilib.
xatırladaq ki, “azeri light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 abş dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 abş dolları qeydə alınıb.
builki dövlət büdcəsində “azeri light” markalı azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 abş dollarından hesablanıb.























