dünya bazarlarında “azeri light” (cif) markalı azərbaycan nefti bahalaşıb.
“arhd.media” xəbər verir ki, azərbaycan neftinin 1 barelə olan qiyməti 0,09 abş dolları və ya 0,08% artaraq 109,19 abş dolları olub.
qeyd edək ki, azərbaycan neftinin əvvəlki qiyməti 109,1 abş dolları təşkil edib.
xatırladaq ki, “azeri light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 abş dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 abş dolları qeydə alınıb.
builki dövlət büdcəsində “azeri light” markalı azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 abş dollarından hesablanıb.
məlumat üçün bildirək ki, bir neçə gün öncə də neftimizin qiyməti 110 dollara yaxınlaşmışdı. “azeri light” bu qiymət civarında isə ən son 2022-ci ildə olub.






















