dünya bazarında “azeri light” markalı azərbaycan nefti ucuzlaşıb.
“arhd.media” xəbər verir ki, neftimizin 1 barelinin qiyməti 6,85 abş dolları və ya 5,57 % azalaraq 116,05 abş dolları təşkil edib.
ötən gün neftimiz 122,9 abş dollarına ticarət edilib.
xatırladaq ki, “azeri light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 abş dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 abş dolları qeydə alınıb.
builki dövlət büdcəsində “azeri light”ın 1 barelinin orta qiyməti 65 abş dollarından hesablanıb.























