dünya bazarlarında azərbaycan nefti bahalaşıb.
“arhd.media” xəbər verir ki, “azeri light” (cif) markalı neftimizin 1 barelə olan qiyməti 7.55 abş dolları və ya 6,6% artaraq 121.25 abş dolları olub.
qeyd edək ki, azərbaycan neftinin əvvəlki qiyməti 113.70 abş dollarına ticarət edilib.
xatırladaq ki, “azeri light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 abş dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 abş dolları qeydə alınıb.
builki dövlət büdcəsində “azeri light”ın 1 barelinin orta qiyməti 65 abş dollarından hesablanıb.























