fiziki şəxslərin gəlir vergisi elektron hökumət informasiya sistemi (ehis) üzərindən bəyan ediləcək.
“arhd.media”ın trend-ə istinadən xəbərinə görə, bununla bağlı aidiyyəti dövlət qurumlarına müavfiq tapşırıqlar verilib.
belə ki, iqtisadiyyat nazirliyi oktyabr 1-dək xidmətin elektron hökumət informasiya sisteminə inteqrasiyasını təmin etməlidir.
həmçinin, iqtisadiyyat nazirliyinə rəqəmsal inkişaf və nəqliyyat nazirliyi ilə birlikdə oktyabrın 10-dək xidmətin mövcüd iş axının təqdim edilməsi, noyabrın 10-dək xidmətin təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının təqdim edilməsi və razılaşdırılması, dekabrın 20-dək xidmətin mygov biznes platformasında istifadəyə verilməsi (istismar mühitində) tapşırılıb.






















