abş iraq hökumətinə təzyiq göstərmək və onları yerli iranyönümlü hərbi qruplaşmalarını buraxmağa məcbur etmək məqsədilə bu ölkəyə dollar əsginaslarının tədarükünü dayandırıb. həmçinin bağdadla təhlükəsizlik sahəsindəki əməkdaşlıq proqramlarını dondurub.
“arhd.media” xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "the wall street journal" qəzeti məlumat yayıb.
bildirilib ki, abş maliyyə nazirliyi iraq neftinin satışından əldə edilən və nyu-york federal ehtiyat bankının hesablarında olan təxminən 500 milyon dollar vəsaitin göndərilməsini bloklayıb. qeyd olunur ki, bu, abş-nin irana qarşı hərbi əməliyyatlara başlamasından bəri vaşinqton tərəfindən iraqa göndərilməsi dayandırılan ikinci nağd pul partiyasıdır.
qəzet bildirir ki, abş rəhbərliyi eyni zamanda iraq hərbçilərinin və antiterror bölmələrinin hazırlığı üzrə bir sıra proqramların maliyyələşdirilməsini də dayandırıb. nəşrinin qənaətinə görə, vaşinqtonun atdığı bu addımlar onun bağdada təzyiqləri artırmaq və iraqın iranla əlaqələrini zəiflətmək niyyətini nümayiş etdirir.
nəşr xatırladır ki, 2003-cü ildə abş-nin iraqa hərbi müdaxiləsindən sonra bu ölkənin neft satışından əldə etdiyi gəlirlər nyu-york federal ehtiyat bankında saxlanılmağa başlanıb. eyni zamanda, 2015-ci ildə də abş həmin vəsaitlərin bir hissəsinin işid terror qruplaşmasının əlinə keçməsi şübhəsi ilə iraqa nağd pul verilməsini müvəqqəti olaraq dondurmuşdu.























