qlobal bazarda neftin ucuzlaşması müşahidə olunur.
“arhd.media” xəbər verir ki, bu barədə "interfaks" məlumat verib.
bakı vaxtı ilə saat 9:11-də londonun ice birjasında iyul ayına çatdırılma ilə "brent" markalı neftin füçerslərinin qiyməti 0.12 dollar (0.11%) azalaraq bir barel üçün 108.05 dollara düşüb. əvvəlki sessiyada "brent"in qiyməti 2.23 dollar (2.02%) azalaraq 108.17 dollar olmuşdu.
nyu-york ticarət birjasında (nymex) ) iyun ayına çatdırılma ilə wti markalı xam neftin füçerslərinin qiyməti 0.49 dollar (0.48%) ucuzlaşaraq bir barel üçün 101.45 dollara düşüb. əvvəlki sessiyada wti markalı neft 3.13 dollar (2.98%) ucuzlaşaraq bir barel üçün 101.94 dollar olub.























