bakı, 18 yanvar, arhd.media




 

məlumat verildiyi kimi, milli qəhrəman hökumə əliyevanın ailəsi dələduzluq halı ilə üzləşib. hökumə əliyevanın vəfatına görə ailəsinə ödənilən sığorta və kompensasiya məbləğindən qalan 80 min 507 manat vəsait oğurlanıb.

"kapital bank"ın mətbuat xidmətindənbildirilib ki, faktla bağlı daxili işlər nazirliyinin kibercinayətkarlıqla mübarizə baş idarəsi və "kapital bank" tərəfindən dərhal araşdırma başlanılıb və lazımi tədbirlər görülüb. vəsaitin köçürüldüyü hesab dərhal bloklanıb və oğurlanan məbləğin istifadəsinə icazə verilməyib. görülən tədbirlər nəticəsində məbləğin bərpası mümkün olub və vəsait geri qaytarılıb.

"kapital bank"ın məlumatında bildirilib ki, baş verən hadisədə müştəri cəlil əliyev bank tərəfindən göndərilən otp, 3d təhlükəsizlik kodu da daxil olmaqla bütün şəxsi məlumatlarını dələduzlarla bölüşüb: “bu səbəbdən də dələduzlar asanlıqla vəsaiti oğurlaya biliblər. hadisənin ardınca müştəri dərhal bankı və daxili işlər nazirliyini məlumatlandırıb. bu kimi hallarda vəsaitin bərpası çox nadir hallarda mümkün olsa da, bank əməkdaşlarının və daxili işlər nazirliyinin kibercinayətkarlıqla mübarizə baş idarəsinin səyi nəticəsində dələduzluq halının qarşısı alınıb.

bir daha müştərilərimizdən diqqətli olmalarını şəxsi məlumatlarını, istifadə etdikləri kart məlumatlarını üçüncü şəxslərə verməməyi, kartın üzərində olan 3 rəqəmli kodu, sms vasitəsilə gələn 3d qoruma kodunu, şəxsiyyət vəsiqəsinin fin kodunu heç kimlə bölüşməməyi, "kapital bank" adına hazırlanan və göndərilən qeyri-peşəkar videolara və reklam mətnlərinə inanmamağı xahiş edirik”.




arhd.media  ictimai-siyasi media saytı’ın rəhbəri :

beynəlxalq hüquq eksperti : ismayıl zalov

 

arhd.media  ictimai siyasi media saytı’ın  baş redaktoru :

orxan ismayılov

Baxış sayı: 5 061

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə