Mingəçevir şəhərində tanışına qarşı dələduzluq etmiş 1980-ci il təvəllüdlü Sevinc Mahmudova həbs olunub.


“ARHD.MEDiA”nın əldə etdiyi məlumata görə, Mingəçevirdəki Kəlbəcər məktəbinin fizika müəllimi olan qadın Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi üzrə təqsirli bilinib.


Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il həbs cəzasına məhkum edilib və məhkəmə zalındaca qandallanıb.


Araşdırmalar zamanı məlum olub ki, S.Mahmudova həm də repetitor kimi fəaliyyət göstərib. O, şagirdlərindən birinin anasında külli miqdarda pul olmasını öyrənib və özünün guya qızıl biznesinin olduğunu deyərək onun inamını qazanıb. Bu yolla valideyndən 65 min manat alaraq ələ keçirib.


Məhkəmə valideynin müəllimə qarşı mülki iddiasını da təmin edib. Ondan 48 min manat məbləğin tutularaq zərərçəkmişə ödənilməsinə qərar verilib.

Baxış sayı: 2 269

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə