bakı, 2 iyul, arhd.media
ötən gün cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
iyulun 1-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
bu barədə arhd.media-a daxili işlər nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 57, o cümlədən borclu şəxs qismində axtarışda olan 51 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
narkotiklərlə əlaqədar 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.























