bakı, 8 avqust, arhd.media
din: 34 kiloqrama yaxın narkotik vasitə götürülüb
polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 7-də ümumi çəkisi 34 kiloqrama yaxın narkotik vasitə və 117 ədəd psixotrop tərkibli həb götürülüb, yabanı halda bitmiş 3 ton çəkidə 4 min 922 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
daxili işlər nazirliyinin (din) mətbuat xidmətindən arhd.media-a bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.























