dövlət təhlükəsizliyi xidməti (dtx) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılan balakənin sabiq icra başçısı islam rzayev məhkəməyə çıxarılıb.
arhd.media məlumatına görə, istintaq orqanı külli miqdarda mənimsəmədə və təkrar rüşvət almaqda təqsirləndirilən şəxsin həbs edilməsini istəyib.
səbail rayon məhkəməsi cinayətin ağırlığını, həmçinin istintaqın gedişatına ehtimal olunan təsiri nəzərə alaraq vəsatəti təmin edib.
qərara əsasən i.rzayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. o, məhkəmədən birbaşa dtx-nin istintaq təcridxanasına aparılıb.
qeyd edək ki, dünən prezident islam rzayevi balakən rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edib.























