gürcüstanın daxili işlər nazirliyinin miqrasiya departamentinin əməkdaşları 31 xarici vətəndaşı ölkədən çıxarıblar.
arhd.media xəbər verir ki, bu barədə gürcüstan din məlumat yayıb.
məlumata görə, son günlərdə həyata keçirilən kompleks tədbirlər proqramı nəticəsində hindistan, türkiyə, kuba, misir, çin, pakistan, rusiya, konqo, azərbaycan, türkmənistan, nigeriya, tailand, küveyt, israil və qana vətəndaşları - ümumilikdə 31 nəfər - ölkədən çıxarılıblar.
bildirilib ki, mövcud qanunvericiliyə uyğun olaraq, çıxarılan şəxslərin ölkəyə girişi qadağan edilib.
qeyd edək ki, bu il gürcüstan miqrasiya departamentinin əməkdaşları artıq 1000-dən çox xarici vətəndaşı ölkədən çıxarıblar ki, bu da indiyədək rekord yüksək rəqəmdir və son üç ildəki ümumi deportasiyaların sayından xeyli çoxdur.























