bu gün ağdərə rayonunda minaya düşən bərdə rayon sakini 1990-cı il təvəllüdlü natiq namiq oğlu əliyevin vəziyyəti məlum olub.
bu barədə arhd.media -a tibbi ərazi bölmələrini idarəetmə birliyindən (təbib) bildirilib:
"16 noyabr saat 13:20-də ağdərə rayonunun sırxavənd kəndi ərazisində minaya düşmə səbəbi ilə xəsarət alan 1990-cı il təvəllüdlü şəxs (kişi) bərdə rayon mərkəzi xəstəxanasına təxliyə olunub.
pasiyentin üzərində sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya əməliyyatı icra olunub. hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır".























