xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən mirheydər ismayılov və onunla birgə ittiham olunan digər şəxslərin məhkəmə prosesi keçirilib.
arhd.media apa-ya istinadən xəbər verir ki, bakı ağır cinayətlər məhkəməsində hakim vüqar quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
hökmə əsasən, təqsirləndirilən mirheydər ismayılova 8 il, murad həziyevə 10 il 6 ay cəza, emil rəsulov, samir ibrahimov, zamiq əbdürrəhmanov, murad həziyevə bir il sınaq müddəti olmaqla şərti cəza verilib.
səbinə ismayılovaya cəza təyin edilməyib.
təqsirləndirilən şəxslər bir milyon manata yaxın vəsaiti dələduzluqla ələ keçirməkdə təqsirli biliniblər.
qeyd edək ki, təqsirləndirilən şəxslər cinayət məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli-miqdarda törədildikdə) maddəsi ilə ittiham ediliblər.
mirheydər ismayılov azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik tofiq ismayılovun oğludur.























