göyçay rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
arhd.media xəbər verir ki, çayarxı kənd sakini 1972-ci il təvəllüdlü sarvan əhmədov yanvarın 1-nə keçən gecə yaşadığı evdə baş nahiyəsindən xəsarətlə xəstəxanaya gətirilib. tibbi yardıma baxmayaraq o, bir gün sonra xəstəxanada vəfat edib.
bildirilib ki, həmin gün s.əhmədov qan təzyiqinin yüksəlməsi nəticəsində müvazinətini itirərək 2-ci mərtəbənin eyvanından yıxılıb.
faktla bağlı araşdırma aparılır.























