
yanvarın 5-i salyanda baş vermiş ağır qəzada həlak olan 3 nəfərin fotoları yayılıb.
arhd.media faciəvi şəkildə həlak olan sürücü 32 yaşlı coşqun məmmədov, sərnişinləri - 60 yaşlı vüqar imanov və onun 36 yaşlı oğlu tərlanın fotosunu təqdim edir:
qeyd edək ki, hadisə vaxtı taksi sürücüsü, sabirabad rayonunun muğangəncəli kənd sakini coşqun məmmədovun idarə etdiyi “mercedes” markalı minik avtomobil eynimarkalı digər maşınla toqquşub.
bildirilib ki, c.məmmədov moskvada yaşayan və yeni il münasibətilə kəndə gəlmiş vüqar imanovu geridönüş üçün bakı aeroportuna aparırmış. həmin vaxt vüqarın oğlu tərlan imanov da onları müşayiət edirmiş.
t.imanov sabirabadın çiçəkli kənd orta məktəbində müəllim işləyirmiş.

























