imişli, 11 fevral, aydın yavərzadə, arhd.media
imişlidə qanunsuz saxlanılan silahlar polisə təhvil verilib
imişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
daxili işlər nazirliyinin mətbuat xidmətinin şirvan regional qrupundan arhd.media -ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən son tədbirlər nəticəsində vətəndaşlardan 7 ov tüfəngi təhvil götürülüb.




















