“idrak” liseyində silahlı insident törədən şagird həbs edilib.
“arhd.media”ın əldə etdiyi məlumata görə, onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
şagirdə qarşı cinayət məcəlləsinin 29 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
qeyd edək ki, bu maddənin sanksiyasında 9 ildən 14 ilə kimi həbs cəzası nəzərdə tutulur. lakin qanuna görə 18 yaşı tamam olmamış şəxslərə 10 ildən artıq cəza verilə bilməz.






















