salyanda iki nəfər yanğınsöndürəni avtomobil vurub.
“arhd.media”ın məlumatına görə, hadisə ələt-astara yolunun kürsəngi kəndindən keçən ərazisində baş verib.
yanan yük avtomobilini söndürməyə gələn fhn-in salyan yanğından mühafizə xidmətinin iki əməkdaşını yoldan keçən minik avtomobili vurub. hadisə nəticəsində yanğınsöndürənlərdən biri-42 yaşlı hakim piriyev hadisə yerində ölüb, digər əməkdaş xəstəxanaya çatdırılıb.
faktla bağlı araşdırma aparılır.























