bir neçə gün əvvəl sumqayıt şəhərindəki qəbiristanlıqda vəfat edən 1998-ci il təvəllüdlü ülvi əlisəfa oğlu xasayzadə tələbə olub.
“arhd.media” xəbər verir ki, o, unec-in qiyabi və əlavə təhsil mərkəzinin iii kursunda təhsil alırmış.
vətən müharibəsi iştirakçısı olan ü.xasayzadə cəbrayılın, füzulinin və qubadlının azadlığı uğrunda döyüşlərdə iştirak edib və medallarla təltif olunub.
aprelin 11-də saat 11 radələrində şəhərin 76-cı məhəllə ərazisində qeydə alınan ölüm faktlı ilə bağlı araşdırmalar sumqayıt şəhər prokurorluğu tərəfindən aparılır.























