ağsu rayonunda ağır yol qəzası olub.


“arhd.media” “report”a istinadən xəbər verir ki, hadisə rayonun dilman kəndi ərazisində qeydə alınıb.


belə ki, “byd” markalı minik avtomobilinin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. nəticədə avtomobil yoldan çıxaraq qoruyucu daş-beton bəndinə çırpılıb, daha sonra bir neçə dəfə yuvarlanaraq təxminən 100 metr aralıda yerləşən ağsu çayının yatağına düşüb.


hadisə zamanı avtomobildə 4 nəfər olub. qəza nəticəsində 27 yaşlı cəfərov kamran və 22 yaşlı qasım səid asif oğlu hadisə yerində həyatını itirib.


digər iki sərnişin - 21 yaşlı baxışov ismayıl etibar oğlu və 20 yaşlı şəfaqətov şahvələt asəf oğlu ağır bədən xəsarətləri alaraq şamaxı rayon mərkəzi xəstəxanası aparılıb.


din-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Baxış sayı: 3 325

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə