Özbəkistan vətəndaşı Güzal Mamatova Bakıda həbs edilib.


“ARHD.MEDiA”nın məlumatına görə, özbək xanım yarım milyon manata yaxın dələduzluqda ittiham olunur.


İş materiallarında qeyd edilib ki, G.Mamatova qızıl alveri ilə məşğul olub. Lakin sonradan istiqamətini dəyişib. O, bir neçə nəfərin satış üçün verdiyi qızılları sataraq külli miqdarda pulu ələ keçirib.


Özbək satıcı zərərçəkmişlərin şikayətindən sonra polis əməkdaşları tərəfindən tutulub. Onun barəsində həbs qətimkan tədbiri seçilib.


Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Özbək mütəhim ittihamla razılaşmasa da, yekunda təqsirli bilinsə, 10 ilə kimi həbs edilə bilər.

Baxış sayı: 3 715

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə