İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Bəhreyn və Küveytdə yerləşən 85 ABŞ hərbi obyektinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyini açıqlayıb.


“ARHD.MEDiA” “Press TV”yə istinadən xəbər verir ki, əməliyyat ABŞ-nin Hörmüz boğazı yaxınlığında İran mövqelərinə endirdiyi hava zərbələrinə cavab olaraq həyata keçirilib.


SEPAH-ın bəyanatında Küveytdə yerləşən “Əli əl-Salem” Hərbi Hava Bazası, eləcə də, Bəhreyndəki ABŞ 5-ci Donanmasının komandanlıq mərkəzi və digər hərbi infrastruktur obyektlərinin hədəfə alındığı bildirilib.


İran tərəfi Vaşinqtonu iki ölkə arasında imzalanmış anlaşma memorandumu və atəşkəs şərtlərini pozmaqda ittiham edib.


Bundan əlavə, İnqilab Keşikçiləri İranın cənubundakı Buşehr əyalətinin Hörmüz bölgəsində ABŞ-yə məxsus MQ-9 “Reaper"” pilotsuz uçuş aparatının hava hücumundan müdafiə sistemləri vasitəsilə vurulduğunu bildirib.


Məlumata görə, PUA İran ərazisinə qarşı hava əməliyyatı həyata keçirərkən hədəfə alınıb.

Baxış sayı: 2 978

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə