Türkiyənin tanınmış pop müğənnisi Emel Müftüoğlu bir il ərzində 22 kiloqram çəki atıb.


“ARHD.MEDiA” xəbər verir ki, o, fiziki görünüşündəki böyük dəyişikliyi sosial media hesabında izləyiciləri ilə bölüşüb.


65 yaşlı sənətçi paylaşımında ötən il sağlamlıq baxımından çətin günlər yaşadığını bildirib: “Tam bir il keçib. Həkimə ilk gəldiyim zaman sağlamlığım çox pis vəziyyətdə idi. Şəkərim, çəkim və xolesterinim çox yüksək idi. Bir il ərzində 85 kiloqramdan 63 kiloqrama enmək yolunu, əlbəttə ki, həkim nəzarəti altında keçdim. O, məni yenidən sağlamlığıma qovuşdurdu”.


Müğənninin son görüntüsü qısa zamanda sosial şəbəkələrdə geniş maraq doğurub və izləyicilər tərəfindən çoxsaylı bəyənmə və rəylər alıb.

 

Baxış sayı: 3 180

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə