Xalq şairi Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşulub.


Bu barədə “ARHD.MEDiA”ya şairin köməkçisi, Əməkdar incəsənət xadimi Arif Mehmandost məlumat verib.


“Səhhəti yenidən ağırlaşdı. Süni tənəffüs aparatına qoşulub. 2-3 gündür, vəziyyətində yaxşılaşma yoxdur. Bununla belə, geriləmə də müşahidə edilmir. Hazırda vəziyyəti stabildir” , - deyə o bildirib.


Qeyd edək ki, 95 yaşlı Nəriman Həsənzadə bir müddətdir ki, xəstəxanada müalicə alır.

Baxış sayı: 3 624

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə