Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.


“ARHD.MEDiA” “Report”a istinadən xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vida mərasiminə əklil göndəriblər.


Vida mərasimində görkəmli şairin ailə üzvləri, sənət dostları, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edirlər.


Xalq şairi Birinci Fəxri xiyabanda dəfn olunacaq.


Qeyd edək ki, Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadə ötən gün uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.


***


Vida mərasimində mərhumun zəngin həyat və yaradıcılıq yolundan danışılıb.


Mərasimin ardınca Xalq şairinin nəşi dəfn olunmaq üçün Birinci Fəxri xiyabana aparılıb.

 

Baxış sayı: 3 946

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə