paris, 7 aprel, arhd.media
unesco-nun icraiyyə şurasının 221-ci sessiyası çərçivəsində milli komissiyaların ənənəvi iclası keçirilib.
arhd.media xəbər verir ki, ölkəmiz iclasda unesco üzrə azərbaycan respublikasının milli komissiyası və bu qurum yanındakı daimi nümayəndəliyi ilə təmsil olunub.
unesco-nun mənzil qərargahında hibrid formatda keçirilən iclası prioritet afrika və xarici əlaqələr üzrə baş direktorun müavini firmin eduard matoko açıb. iclasın sədri seçildikdən sonra plenar iclas müzakirələrlə davam edib. iclasda sülh naminə təhsilin gücləndirilməsi, mədəniyyət qlobal gündəmdə mövzuları təqdim edilərək müzakirə olunub. iclas milli komissiyaların rolu haqqında təqdimatla davam edib.
plenar iclasın gündəliyində unesco üçün assosiasiya və klubların birinci qlobal gənclər forumu, səmərqənddə keçiriləcək unesco-nun 43-cü baş konfransı planlaşdırılmış 14-cü unesco gənclər forumu, unesco-da insan hüquqlarının inkişafına dair təqdimatlar da yer alıb.
qeyd edək ki, unesco-nun icraiyyə şurasının 221-ci sessiyası aprelin 17-dək davam edəcək. sessiya çərçivəsində unesco-nun yeni baş direktoru seçiləcək.

























